Masazırda evdə uçulma olubbackend

Masazırda uçulma nəticəsində xəsarət alanların vəziyyəti məlum olub.

TƏBİB-dən verilən məlumata görə, 29.11.2024-cü il tarixində saat 17:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Sağ baldır nahiyəsinin əziyi diaqnozu təyin edilən 1984-cü il şəxsə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və vəziyyəti kafi qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.

Döş qəfəsinin və bel-oma nahiyəsinin əziyi diaqnozları təyin edilən 1997-ci il təvəllüdlü şəxs isə Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Xilasedicilər tərəfindən vətəndaş 1994-cü il təvəllüdlü Camal Əzim oğlu Rəsulovun meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.