Masazırda eyvandan yıxılan yeniyetmənin vəziyyəti açıqlanıbbackend

Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanında eyvandan yıxılan yeniyetmənin vəziyyəti açıqlanıb.

Bu barədə  TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hazırda pasiyentin vəziyyəti ağır stabil olaraq qiymətləndirilir:

“Vəziyyətində müsbət dinamika müşahidə edilir. Pasiyentdə əlavə oksigen dəstəyinə ehtiyac yoxdur. Pasiyentin hemodinamikası stabildir. Zəruri tədbirlər görülməkdə davam edilir”.

Qeyd edək ki, yanvarın ayının 4-ü 15 yaşlı Ayan Aslanova yaşadığı evin eyvanından yıxılıb. Onun qonşuları və valideynləri bildiriblər ki, hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, onlar gəlməyib. Yeniyetmə yaxınlıqdakı şəxslərin köməkliyi ilə xəstəxanaya çatdırılıb.