Masazırda sərnişin avtobusu “Mercedes”lə toqquşubbackend

Hadisə zamanı Novxanı – Xırdalan istiqamətində hərəkət edən 535 nömrəli sərnişin avtobusu ilə “Mercedes” markalı avtomobil toqquşub. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

Qeyd olunub ki, hadisə ötən gün saat 16:00-da Masazır-Saray-Təzə yol avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində baş verib.

“535 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, Rasim Vəliyevin idarə etdiyi “Daewoo” markalı, 50-AG-981 dövlət qeydiyyat nişanlı avtobusla Ehtiram Məmmədovun idarə etdiyi “Mercedes” markalı, 77-NE-159 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində avtobusun sərnişini – Abşeron rayon sakini Gülyanaq Cəfərova xəsarət alıb. Əraziyə DYP əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilir.