“Maşın bazarı”nda yanğın: 4 mağaza külə çevrildibackend

Bakı şəhərinin Xətai rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə FHN-dən məlumat verilib.

Yanğın nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan dördü 48 kvadratmetr sahədə yanıb.

Digər mağazalar yanğından mühafizə olunub.