Maşın təkərini yola yuvarlayan şəxslərlə bağlı araşdırmalara başlanıldıbackend

Maşın təkərini yüksəklikdən buraxaraq, yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaradan şəxslər barədə araşdırma başladılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Zeyni Hüseynov məlumat verib.

Bildirilib ki, qurum yayılan görüntülərdən məlumatlıdır:

“Araşdırma aparılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.