Mask ABŞ hökumətinin Səmərəlilik Departamentinin iş prinsipini açıqlayıbbackend

Yeni Donald Tramp administrasiyası dövründə ABŞ hökumətinin səmərəliliyini artırmaq üçün nazirliyin fəaliyyəti mümkün qədər şəffaf olacaq.

Bunu SpaceX və Tesla şirkətlərinin yaradıcısı, milyarder İlon Mask X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Maksimum şəffaflıq üçün Dövlət Effektivliyi Nazirliyinin bütün tədbirləri internetdə dərc olunacaq”, – o vurğulayıb.

Maskın sözlərinə görə, ölkə sakinləri agentliyin “vacib bir şeyi kəsdiyini və ya israfçı bir şeyi kəsmədiyini” düşünürlərsə, bu barədə istənilən vaxt məlumat verə bilərlər. Bundan əlavə, nazirlik “ən dəlicəsinə axmaq xərclər üzrə liderlərin” reytinqini aparacaq”, o əlavə edib.