Mask: ABŞ müdafiə büdcəsini artırmaq üçün hətta yadplanetlilərdən də istifadə edərdi

“Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısı, amerikalı iş adamı və milyarder İlon Mask “Fox News” telekanalına müsahibəsində bildirib ki, yadplanetlilər mövcud olsaydı, ABŞ ordusu onlardan ölkənin müdafiə büdcəsini artırmaq üçün istifadə edəcək.

“Əgər kimsə yadplanetlilər haqqında bilsəydi, bu mən olardım. Mən kosmos haqqında çox şey bilirəm. Amma mən yadplanetlilərlə bağlı heç bir dəlil görməmişəm. Əgər onlar olsaydı, mən bu barədə dərhal Twitter-də yazardım”, – deyə sahibkar bildirib.

Related Post