Mask Baydenin internetə ictimai çıxış proqramını şərh edibbackend

Amerikalı sahibkar İlon Mask ABŞ prezidenti Co Baydenin ölkə sakinlərini yüksəksürətli internetə çıxışla təmin etmək məqsədi daşıyan 42,5 milyard dollarlıq proqramından qəzəbləndiyini bildirib. Bu barədə biznesmenin X (keçmiş Twitter) səhifəsində məlumat verilib.

Onun fikrincə, bu proqram vergi ödəyicilərinin pullarının həddindən artıq israfıdır və ehtiyacı olan insanlara qətiyyən kömək etməyəcək.

Bundan əvvəl Mask, ABŞ hökumətinin həddindən artıq xərclərinin ölkəni “unudulmağa” aparacağını söylədi.

Mənbə: TASS