Amerikalı iş adamı İlon Mask ABŞ prezidenti Co Baydenin Ukraynaya əlavə hərbi yardım üçün Konqresdən gizli şəkildə 24 milyard dollar istəməsi ilə bağlı məlumatı mənfi qarşılayıb.
Müvafiq yazı milyarderin X şəbəkəsindəki səhifəsində dərc edilib.
“Bu normal deyil” deyə Mask yazıb.
Elon Musk ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yaxın çevrəsinin bir hissəsidir, o və iş adamı Vivek Ramasvami hökumətin səmərəliliyini artıracaq və bürokratiya ilə mübarizə aparacaq yeni departamentə rəhbərlik edəcək.
Politico xəbər verir ki, Bayden gizli şəkildə Konqresdən Kiyevə hərbi yardım və daha əvvəl Ukrayna Silahlı Qüvvələrinə təhvil verilmiş silahların müqabilində Amerikanın silah ehtiyatlarının artırılması üçün əlavə 24 milyard dollar istəyib.