Mask ChatGPT chatbotuna rəqib hazırlamaq üçün mütəxəssislər qrupu işə götürməyə başlayıb

Twitter sahibi, SpaceX və Tesla-nın baş direktoru İlon Mask süni intellekt  tədqiqatçılarına Amerikanın OpenAI şirkətinin ChatGPT söhbət botuna alternativ yaratmaq üçün laboratoriya hazırlamağı təklif edib.

Bu barədə “The Information” portalı mənbələrə istinadən yazıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Mask bu yaxınlarda Google Inc şirkətini idarə edən Alphabet bölməsindən ayrılmış tədqiqatçı İqor Babuşkini chatbotun yaradılması prosesinə rəhbərlik etmək üçün işə götürmək istəyir.

İş adamı Babuşkinlə mütəxəssislər qrupunun yaradılmasını müzakirə edib, lakin layihə hələ ilkin mərhələdədir. Tədqiqatçı hələ də sahibkarın təklifini qəbul etməyib.

Mənbə: Bloomberg

İctimai.az

Oxşar xəbərlər