Amerikalı sahibkar Elon Mask bundan sonra Demokratlar Partiyasını dəstəkləməyəcəyini açıqlayıb. Bu barədə o, X sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabında yazıb.
“Bir neçə il əvvəl 100% Demokratlara səs verdim. İndi düşünürəm ki, bizə qırmızı dalğa lazımdır, yoxsa Amerika sona çatacaq”, – Mask deyib.
Qeyd olunur ki, qırmızı Respublikaçılar Partiyasının, mavi isə Demokratlar Partiyasının rəngidir və mavi və qırmızı dalğalar seçkidə hansı partiyanın öndə getdiyini təsvir etmək üçün istifadə olunub.
Mənbə: Haber.com