Mask “ən iddialı innovasiya mühərriki” üçün iki şirkətinin birləşməsini elan etdibackend

Amerikalı sahibkar Elon Maska məxsus SpaceX korporasiyası onun digər şirkəti olan xAI-ı satın alıb. Mask bu barədə SpaceX veb saytında dərc olunmuş açıqlamada bildirib.

Maskın sözlərinə görə, xAI-nin SpaceX ilə birləşməsi “Yer üzündə və ondan kənarda ən iddialı, şaquli inteqrasiya olunmuş innovasiya mühərriki” yaratmaq məqsədi daşıyır. Mask izah edib ki, bu, süni intellekt, raketlər, kosmik internet, mobil cihazlara birbaşa qoşulma və real vaxt rejimində məlumat və söz azadlığı üçün dünyanın aparıcı platformasını əhatə edəcək.