Amerikalı iş adamı İlon Mask bildirib ki, Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları öz vəzifələrini lazımi şəkildə yerinə yetirməyə başlamazsa, onu ləğv etmək lazımdır.
Onun X sosial şəbəkəsindəki hesabında (keçmiş Twitter) müvafiq məzmunlu yazı peyda olub.
Sahibkar bu yolla ABŞ-da cinsi istismar məqsədi ilə yetkinlik yaşına çatmayanların alverində ittiham olunan maliyyəçi Ceffri Epsteynə qarşı aparılan istintaqın gedişini şərh edib. Maskın sözlərinə görə, FTB nümayəndələri bu adamın müştərilərini mühakimə etməyə cəhd etməyiblər.
“Ya Federal Təhqiqatlar Bürosu öz öhdəliklərini yerinə yetirəcək, ya da bu şöbəni yenidən işə salmaq və ya ləğv etmək üçün tutarlı səbəb var” deyə iş adamı yazıb.
Mənbə: A Haber