Mask öz sosial şəbəkəsi X-in tövsiyə alqoritmini tənqid edibbackend

ABŞ hökumətinin səmərəliliyinin artırılmasına cavabdeh olan yeni ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask X sosial şəbəkəsinin alqoritmlərinin onun lentini nasist salamları ilə dolu yazılarla doldurmasından narazılığını bildirib.

Bu barədə TASS məlumat yayıb.

Mask qeyd edib ki, əgər o, bir dəfə də lentində nasist salamı görsə, “ağlını itirəcək”. Sahibkar əlavə etdi ki, sosial şəbəkəsindəki tövsiyə alqoritmi “tam axmaqlıqdır”.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Mask ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində etdiyi jestdən sonra ona böhtan atılıb.