Mask Wikipedia rəqibini işə saldıbackend

Business Insider (BI) xəbər verir ki, amerikalı sahibkar və milyarder İlon Mask Vikipediyaya alternativ olaraq yerləşdirilən Grokipedia adlı yeni onlayn layihəni təqdim edib.

“Bazar ertəsi İlon Mask Vikipediyaya alternativ olan Grokipedia-nı işə salıb”, – nəşr yazır.

Platformada artıq 885.000-dən çox məqalənin olduğu bildirilir.

Bu yaxınlarda istifadəyə verilməsinə baxmayaraq, bəzi istifadəçilər artıq vebsaytdan istifadə etməklə bağlı çətinliklərlə üzləşiblər.