Mask yeni funksiyanı Twitter-də nümayiş etdirib

“Twitter” sosial şəbəkəsinin bəzi istifadəçiləri (yeni ad – X) videoları birbaşa nəşrin olduğu səhifəyə endirə biliblər.

Yeni funksiyanın işə salınması barədə şirkətin sahibi İlon Mask öz səhifəsində məlumat verib.

“Təsdiqlənmiş istifadəçilər artıq video yükləyə bilərlər. Bir şərtlə ki, məzmun yaradıcısı bu hərəkətə icazə versin”.

Maskın sözlərinə görə, funksionallıq artıq yoxlama prosedurundan keçmiş bütün istifadəçilər üçün əlçatandır və onların hesabı bot deyil, orijinal kimi tanınıb.

Mənbə: A haber

Related Post