Mastercard “Agent Suite”i təqdim edibbackend

Süni intellekt yeni bir mərhələyə qədəm qoyur. Generativ süni intellekt istifadəçilərin adından qərar qəbul edə və tapşırıqları yerinə yetirə bilən sistemlərə doğru inkişaf etdikcə agentik dövr artıq qapıdadır. Bizneslər sürətli dəyişikliklərə uyğunlaşmalı olduqlarını anlasalar da, bütün bizneslərin ilk addımı atmaq üçün alətləri yoxdur. Mastercard bu dəyişikliyi rəqəmsal ticarətin gələcəyini formalaşdıran həlledici hadisələrdən biri kimi görür.

Təşkilatlara bu transformasiyanı idarə etməyə kömək etmək üçün Mastercard “Agent Suit”i – müştərilərə agentik süni intellekti gündəlik əməliyyatlarına inteqrasiya etmək və bu növbəti mərhələyə sürətli çatmaq üçün praktik addımlar atmağa kömək edə biləcək yeni xidmətlər dəstini təqdim edir.

Mastercard “Agent Suite” şirkətin geniş ödəniş təcrübəsindən, etibarlı məlumatlarından, xüsusi texnologiya platformalarından və 4000-dən çox məsləhətçidən ibarət qlobal şəbəkəsindən istifadə edərək texniki dəstəyi fərdiləşdirilə bilən AI agentləri ilə birləşdirəcək.

Müştərilər Mastercard “Agent Suite” vasitəsilə məqsədlərinə uyğun agentləri yarada, sınaqdan keçirə və tətbiq edə biləcəklər. Mastercard-ın qlobal məşvərətçilər qrupu prosesin hər mərhələsində təşkilatlara dəstək verəcək və bizneslərin mənzərənin davamlı dəyişikliklərindən asılı olmadan fərdiləşdirilə və konfiqurasiya edilə bilən texnologiyalarla inkişafı imkanlarını təmin edəcək.

Qarşıdakı transformasiyanın miqyası əhəmiyyətlidir. eMarketer-ə görə, müəssisədaxili proqram təminatlarının üçdə biri 2028-ci ilə qədər agentik süni intellekti ehtiva edəcək. Mastercard isə 2030-cu ilə qədər müştərilərlə qarşılıqlı əlaqələrin və əməliyyat tapşırıqlarının əhəmiyyətli bir hissəsinin süni intellekt agentləri tərəfindən dəstəklənəcəyini gözləyir.

Agentlik hazırlıq və çatdırılma üçün kompleks imkanlar
Mastercard “Agent Suite”dən istifadə bu ilin ikinci rübündən etibarən mümkün olacaq. Nəticədə şirkətin geniş süni intellekt və agentik süni intellekt həllərini tamamlayacaq – ticarəti daha ağıllı, daha təhlükəsiz və daha fərdi etmək üçün məlumatlar üzərindən təhlükəsizliyi artıracaq, ödənişləri optimallaşdıracaq, istifadəçi təcrübəsini təkmilləşdirəcək və inkişafı genişləndirəcək.

Mastercard “Agent Suite” həmçinin şirkətin müştərilərə agentik dövrün öncüllərindən olmağa  kömək etmək üçün hazırlanmış standartlarını, proqramlarını və imkanlarını genişləndirir.

Agentlər Mastercard-ın müştərilər və istehlakçılar üçün etibarlı təcrübə təmin edən güclü təhlükəsizlik prinsiplərinə uyğun olaraq məxfilik və süni intellektdən məsuliyyətli istifadə nəzərə alınaraq yaradılacaq.
İlkin istifadə imkanları banklar üçün ağıllı məhsul kəşfinin qurulmasına və tacirlər üçün danışıq əsaslı alış-verişlə fərdiləşdirmənin bir araya gətirilməsinə yönələcək.

Məsələn:
• Bank istehlakçıya düzgün məhsulu, məsələn, səyahət kartını və ya komissiyaya qənaət edən hesabı tövsiyə edə və bunun nə üçün yaxşı seçim olduğunu izah edə bilər. Bank təklif ssenarilərini sınaqdan keçirə, fərdiləşdirilmiş kampaniyaları işə sala və performansı izləyə, bununla da, nəticələri yaxşılaşdıra və portfelin böyüməsini sürətləndirə bilər.
• Tacirlər kanallar üzrə alış-veriş səyahətinin əsas anlarında danışıq bələdçiliyi təmin edən agentin ixtiyarındakı inventar, mənfəət, aksiyalar və brend tanıtımı üçün qaydaları konfiqurasiya edə bilərlər. İstehlakçılar seçimlərinə əsasən real vaxt rejimində fərdiləşdirilmiş tövsiyələr alır və ümumilikdə daha rahat alış-veriş təcrübəsi əldə edirlər.
Mastercard-ın agentik süni intellekt ekosisteminin genişləndirilməsi
Mastercard biznes və istehlakçılar üçün süni intellekt və agentik süni intellektin tətbiqini sürətləndirən məhsul və xidmətlər təqdim etmək məqsədilə mühüm investisiyalar edib.

Mastercard “Agent Suite” etibarlı agentik əməliyyatları dəstəkləyən Mastercard “Agent Pay” və inkişaf etdiricilər üçün daha çox əlçatanlıq təmin edən Mastercard “Developers Agent Toolbar” dəsti kimi həllərin sırasına qoşulub.

Mastercard həmçinin şirkətin yeni nəsil innovatorları müəyyən edən və inkubasiya edən mükafatçı startap proqramı “Start Path” daxilində hədəfyönümlü agentik ticarət və xidmətlər xəttini yaradıb.

Bundan başqa, Mastercard-ın mövcud süni intellekt üzrə məşvərətçi təklifləri bizneslərə konsaltinq, innovasiya və icra dəstəyi sahəsində süni intellektin bütün potensialını açmağa kömək edir. Buraya müştərilərin agentik ticarət ekosistemində strateji baxışlarını, rollarını və yol xəritələrini müəyyən etmək üçün Mastercard ilə işlədiyi günlük seminarlar – immersiv “Spark” sessiyaları daxildir.

Süni intellekt avtonom qərar qəbuletmə prosesinə yaxınlaşmağa davam etdikcə bizneslərin bu imkanları məsuliyyətlə və effektiv şəkildə tətbiq etmək qabiliyyəti rəqəmsal ticarətin növbəti nəslinin formalaşmasında getdikcə daha vacib rol oynayacaq.

Mastercard haqqında
Mastercard dünya üzrə 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları və insanları dəstəkləyir. Müştərilərimizlə birgə hər kəsin inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş çeşiddə rəqəmsal ödəniş seçimlərini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız və yeniliklərimiz, tərəfdaşlıqlarımız və şəbəkələrimiz bir araya gələrək insanlara, bizneslərə və hökümətlərə ən böyük potensiallarını reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər dəsti təqdim edir.
www.mastercard.com

Reklam 160×600 (Sağ)