“Mavi yanacaqla alovlanan Qazaxıstan” – Aynur Əfəndi Zadə yazır…backend

Qazaxıstanda mavi yanacaqla “alovlanan” xaosu əvvəlcədən planlaşdırılmış siyasi çevriliş kimi dəyərləndirmək olar. Bu Qazaxıstanın mənəvi lideri  Nursultan  Nazarbayevi devirmək,  səlahiyyətlərini əlindən almaq, siyasətdən uzaqlaşdırmaq üçün qurulan bir oyundur.

Nazarbayev vaxtilə diktator olmuş ola bilər. Amma son illərdə SSRİ-nin dərin izlər buraxdığı, ruslaşmış qazax xalqına  öz milli kimliyini qaytarmağa çalışırdı. Bu açıdan Qazaxıstanın kiril əlifbasından imtina etməsi prinsipial qərar idi. Nəzərə alsaq ki, Türk Dövlətləri Təşkilatının qurulması fikri 2006 cı ildə N.Nazarbayev tərəfindən təklif  olunub, baş verənlər açıq-aşkar  türkləşmə siyasəti aparan adama və BÖYÜK TURAN  ideologiyasına qarşı təxribatdır! Bu durumda Qazaxıstanın ölkədə asayişi bərpa etmək üçün KTMT-dan dolayısıyla tarixən ərazi iddiasında olan Rusiyadan hərbi yardım istəməsi təsadüfi deyil! Rusiya meyilli Tokayevin heç zaman imperialist xislətini gizlətməyən Putin Administrasiyasına sığınması razılıq əlamətidir.

Baş verənləri qalxan qiymətlərə olan etiraz kimi yox, tarixin bütün dövrlərində  mövcud  toplumların  “qorxulu yuxusu” olan türkün qalxan nüfuzuna olan etirazı kimi qiymətləndirmək olar!

İddialara əsasən  Post Sovet ölkələri nəzdində Rusiyanın rəhbərlik edəcəyi yeni ittifaq yaranacaq. Belə olan təqdirdə qan bahasına aldığımız Qarabağın aqibəti necə olacaq?! Yoxsa KTMT adı altında Qazaxıstana qoşun yeridən  Rusiya üçün  fərqi yoxdur Qarabağ  ha Azərbaycanın tərkibində Rusiyanın olacaq, ha Ermənistanın!  Və hadisələrin bu qarışıq fonunda   “ bizim” Paşinyan  buğdanın tapılmayan vaxtı qazax xalqına  əriştə kəsmək üçün Mərkəzi Asiyada  peyda  olur. Hadisələrin mərkəzinə! Görünür yaxın zamanda müharibədən məğlub ayrılan Paşinyanın qazaxlara veriləcək çox töhfəsi var.

Və nəhayət ki, “heç kəsin ağlına gəlməyən” təklif  dünən Rusiya Dumasının Dağıstanlı deputatı Sultan Həmzəyev tərəfindən gəldi. SİTAT: “ Şəxsən mən—siyasi  görəvimdən  kənar sadə Rusiya  vətəndaşı kimi Qazaxıstanın tarixi Vətəni –Rusiyaya birləşdirilməsinin Qazaxıstanda referenduma çıxarılmasını dəstəkləyirəm. Çoxmillətli Rusiya bizim ümumi dəyərimizdir” SİTATIN SONU

Əlbətdəki hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini zaman göstərəcək. Hələlik isə görünən odur ki,  dünya siyasi arnenasında  ciddi proseslərin başlaması qaçınılmazdır!