Kiyevdə partlayışlar baş verib. UNİAN agentliyi Ukrayna hava hücumundan müdafiə sisteminin işi barədə məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, Ukraynanın demək olar ki, bütün ərazisində hava həyəcanı elan edilib.
Oktyabrın 10-da Rusiya Silahlı Qüvvələri Ukraynanın infrastruktur obyektlərinə raket zərbələri endirməyə başlayıb. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, bu, Kiyev rejiminin terror aksiyalarına cavab idi. O, xüsusilə Krım körpüsünə hücumu xatırladıb.
