Mayın 29-na gözlənilən hava şəraiti açıqlanıbbackend

Ölkə ərazisində mayın 29-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18 dərəcə isti, gündüz 24-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 50-70% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 14-19 dərəcə isti olacaq.