Mayorkada ispaniyalı otelə soxulub və saxta silahla insanları hədələyibbackend

Mayorkada İspaniya vətəndaşı əlində silahla otelə daxil olub. Bu barədə “The Olive Press” məlumat yayıb.

Hadisə avqustun 24-də “Magaluf” otel kompleksində baş verib, ancaq indi məlum olub. Kişi “Glock” tapançasının dəqiq surəti ilə binalardan birinə soxulub, silahı qonaqlara tuşlayıb və sonra gözdən itib. Hadisə istirahət edənlər arasında panika yaradıb.

Daha sonra cinayəti törədən şəxs həbs edilib, onun silahları götürülüb. Polis həmin şəxsin əvvəllər zorakılıqla bağlı cinayətlərdə şübhəli bilindiyini öyrənə bilib. Məsələn, o, başqa bir otelin qonaqlarına iri bıçaqla hücum edib.

Mənbə: A Haber