Mbappe Çempionlar Liqasının finalının favoritini açıqlayıbbackend

Paris Saint-Germain-in futbolçusu Kilian Mbappe Çempionlar Liqasının qarşıdakı finalında “Mançester Siti”nin “İnter”ə qalib gələcəyi ilə bağlı fikirlərini bildirib.

“Çempionlar Liqasının finalı əla olacaq, mən onu izləyəcəm. Düşünürəm ki, “Mançester Siti” qalib gələcək”, – Mbappe bildirib.

Avropanın əsas klub turnirinin finalı iyunun 10-da İstanbulda keçiriləcək. Qarşılaşma Moskva vaxtı ilə saat 22:00-da başlayacaq.

Xatırladaq ki, “Mançester Siti” turnirin yarımfinalında “Real”ı məğlub edib, “İnter” isə “Milan”dan güclü olub. Paris Saint-Germain Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıb. Parislilər “Bavariya”ya ümumi 0:3 hesabı ilə uduzublar.

Mənbə: TRT Spor