Hücumçu Kilian Mbappe Didye Deşamın rəhbərlik etdiyi Fransa millisinin məşqçilər korpusunu tənqid edib.
Bu barədə Fransanın “L’Equipe” nəşri yazır.
Sentyabrda Fransa millisi Millətlər Liqasında iki oyun keçirib – İtaliya (1:3) və Belçika (2:0). Mənbənin sözlərinə görə, hücumçu milli fasilə zamanı “tənbəl və uzaq” görünürdü. Mbappe soyunub-geyinmə otağında komandanın kapitanı kimi çıxış edərək millinin taktiki hazırlığının olmadığını, buna görə Deşamın işini tənqid edib.
Eyni zamanda, Mbappe ötən matçlarda qol vura bilməyib – bir qol da vurmayıb.
Mənbə: NTV Spor











