Mbappe ilə PSJ rəhbəri arasında söhbətin təfərrüatları məlum olubbackend

PSJ-nin prezidenti Nasser Al-Xelaifi fransalı hücumçu Kilian Mbappenin Paris klubundan ayrılmaq qərarına gəlməsinə təəccüblənsə də, futbolçunun bu qərarı şəxsən ona bildirmək qərarına gəlməsindən məmnundur. Bu barədə RMC Sport nəşri yazıb.

Klub rəhbəri fərqli qərar gözləsə də, futbolçunun yenə də komandadan ayrılacağını qəbul edib. Mbappe ilə danışandan sonra əl sıxıblar və nəticədə heç bir cərimə olmayacaq. Bildirilib ki, bu, bir-birinə çox hörmət edən iki insanın söhbəti olub.

Fevralın 15-də insayder Fabrizio Romano ilk xəbər verdi ki, Mbappe getməsi barədə Əl-Xelayfiyə danışıb.

Mənbə: RMC Sport