Mbappe onu Messiyə yaxınlaşdıran andan danışırbackend

“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe 2022-ci il dünya çempionatının finalının onu “İnter Mayami”nin futbolçusu Lionel Messi ilə yaxınlaşdırdığını deyib.

Onun sözlərini RİA Novosti “Canal+”a istinadən yayıb.

“Dünya çempionatından sonra qəzəbləndim, amma siz həmişə ona hörmət edirsiniz, çünki o, Messidir. İkimiz də gülərək buzları qırdıq. Finalla bağlı hələ də xatirələrimiz var. Düşünürəm ki, bu matç bizi daha da yaxınlaşdırdı”, – deyə Mbappe bildirib.

Argentina millisi DÇ-2022 finalında Fransa ilə qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasında argentinalılar daha dəqiq çıxış edərək üçqat dünya çempionu oldular. Həmin görüşdə Mbappe üç, Messi iki qol vurub.