Paris Sen-Jermen klubunun fransalı hücumçusu Kilian Mbappe Fransa çempionatının 27-ci turunun “Marsel”lə oyununda əvəzlənməsindən sonra komandanın baş məşqçisi Luis Enrikeni təhqir edib.
Bu barədə “Foot Mercato” məlumat yayıb.
Media qeyd edib ki, əvəzlənməsindən sonra Mbappe meydanı tərk edərkən məşqçiyə “oğlaq oğlu” deyib. Sonra dərhal paltardəyişmə otağına getdi.
Görüş Paris klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Turnir cədvəlinə 62 xalla PSJ başçılıq edir. Ən yaxın təqibçi Brest 12 xal geridədir.
Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.
Mənbə: NTV Spor