Mbappe Real Madridin ən çox maaş alan futbolçusu olmaq istəyirbackend

Paris Saint-Germain-in fransalı hücumçusu Kilian Mbappe “Real Madrid”in ən çox maaş alan futbolçusu olmaq istəyir. Bu barədə “The Telegraph” məlumat yayıb.

Mətbuatın yazdığına görə, Mbappe ispan klubundan illik 75 milyon avro maaş istəyib. Mbappe “Real Madrid”ə azad agent kimi keçərsə, maliyyə bonusu da ala bilər.

Mbappe “Monako”dan keçdikdən sonra 2018-ci ildən PSJ-də çıxış edir. Paris klubu ilə müqavilə 2024-cü ilin yayında başa çatır, ona görə də futbolçu artıq Real Madrid ilə ilkin müqavilə imzalaya bilər. Mətbuat yanvarın 8-də forvardın İspaniya klubuna transferi ilə bağlı razılığa gəldiyini yazıb.

Mənbə: The Telegraph