2025-ci ilə qədər McDonald’s ABŞ-da CosMc’s brendi altında on kafedən ibarət şəbəkə açacaq.
Bu barədə CNBC yazır.
Kafelərin kiçik olacağı qeyd edilir. Burada qonaqlar gün ərzində qəlyanaltı və qəhvə içə bilərlər. Menyuya McDonald’s McMuffins və əzilmiş M&M’s ilə McFlurry dondurması, həmçinin Churro Frappes və simit kimi yeni məhsullar daxil olacaq.
İlk yer İllinoys ştatının Bolinqbrook şəhərində görünəcək.
Bundan əvvəl “The Wall Street Journal” qlobal menyu strategiyasının baş direktoru Kris Yanqa istinadən yazmışdı ki, “McDonald’s” fast food restoranlar şəbəkəsi ABŞ-da məşhur “Big Mac” sendviçinin hazırlanması prosesində dəyişiklik edib.
Mənbə: haberler.com











