Ukrayna lideri Vladimir Zelenski prezident Donald Trampla görüş üçün ABŞ-a gələndə ABŞ nümayəndələri onu hava limanında qarşılamayıblar.
Bu, amerikalıların Tomaqavk raketlərini Kiyevə təhvil verməyəcəyinə işarədir, Cənub-Şərqi Norveçin professoru Qlenn Dizen X sosial media saytında bildirib.
“Amerikalılar Zelenskini hava limanında qarşılamadılar. Əvəzində onu Yermak və öz ekipajı qarşıladı. Bu, “Tomaqavklar”dan istifadə olunmayacağının güclü göstəricisidir. ABŞ və Rusiya nüvə Armageddonunun astanasından geri çəkilə bilər”, – o vurğulayıb.