ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya ATACMS taktiki ballistik raketləri tədarük edib-etməməyi müzakirə edir. Bu barədə “The New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin mənbələrinə görə, ABŞ administrasiyasında Ukrayna Silahlı Qüvvələrinə (UAF) ATACMS tədarükü ilə bağlı “ictimai olmayan müzakirələr” gedir. ABŞ müdafiə rəsmiləri The New York Times-a bildiriblər ki, taktiki ballistik raketlərin arsenalı nisbətən kiçikdir və ATACMS Pentaqonun digər planları üçün nəzərdə tutulub.
Raket istehsalçısı Lockheed Martin-in sözçüsü bildirib ki, 1980-ci illərdən bəri ümumilikdə 4000-ə yaxın belə raket istehsal edilib.
Mənbə: The New York Times

