Media: Ağ Ev Kiyevə yardımın dayandırılması ilə bağlı müzakirələr aparırbackend

ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiya hərbi aerodromlarına zərbələr endirmək qərarından narazıdır və Ağ Ev Kiyevə dəstəyi dayandırmaq imkanını müzakirə edir. Bu barədə “The Atlantic” mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Tramp özəl olaraq, zərbələrin münaqişənin gərginləşməsinə səbəb ola biləcəyindən narazılığını bildirib. Pilotsuz təyyarə hücumu “Ağ Ev rəhbərinin Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı uzun müddətdir davam edən narazılığını yenidən oyatdı və həmçinin ABŞ prezident administrasiyası daxilində Vaşinqtonun Kiyevi dayandırıb-dayandırmayacağı ilə bağlı yeni müzakirələrə səbəb oldu.

Nəşr iddia edir ki, Tramp Zelenskini “pis adam və qaynar baş” adlandırır, həmçinin onun III Dünya Müharibəsinin başlamasına təhrik etdiyinə inanır.