Media Alyaskada ABŞ-Tayvan gizli danışıqlarından xəbər tutubbackend

Financial Times (FT) mənbələrə istinadən xəbər verir ki, ötən həftə Alyaskada ABŞ və Tayvan müdafiə nazirliklərinin nümayəndələri arasında gizli danışıqlar baş tutub.

Qəzetin yazdığına görə, danışıqlar ABŞ və Tayvan yüksək rütbəli rəsmilərinin iyunda Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşünün ləğvindən sonra baş tutub. Tayvan nümayəndə heyətinə adanın müdafiə naziri Vellinqton Koo başçılıq etməli idi.

Nəşrin məlumatına görə, Pentaqonun Hind-Sakit Okean üzrə nümayəndəsi Ced Royal və Tayvanın milli təhlükəsizlik üzrə müşavir müavini Hsu Si-tsien Ankoricdə görüş keçirib.