Media: Amerikalı diplomatlar avropalı həmkarlarını hədələdilərbackend

“Politico” mənbələrə istinadən xəbər verir ki, ABŞ-ın milli maraqlarını müdafiə edən amerikalı diplomatlar “yaşıl gəmiçilik” qaydaları ilə bağlı müzakirələr zamanı avropalı həmkarlarını “şəxsi nəticələrlə” hədələyiblər.

Qəzet xəbər verir ki, “Avropa Komissiyasının rəsmiləri “Politico”ya bildiriblər ki, yaşıl gəmiçilik qaydaları ilə bağlı qızğın danışıqlar zamanı avropalı danışıqçılar amerikalı həmkarları tərəfindən şəxsən hücuma məruz qalıblar – bu, diplomatları görüşdən sonra şoka salan olduqca qeyri-adi bir addımdır”.

Qəzetin məlumatına görə, təhdidlər oktyabr ayında ABŞ-ın Londonda keçirilən Beynəlxalq Dəniz Təşkilatının iclasında ətraf mühiti çirkləndirdiyinə görə gəmilərə vergi tətbiq etmək üçün yeni bir cəhdin qarşısını almağa çalışdığı zaman ortaya çıxıb.