“Media haqqında” qanuna bəzi dəyişikliklər edilə bilərbackend

“Gələn il “Media haqqında” qanuna bəzi dəyişikliklər edilə bilər”.

“Report” xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir sıra məsələlər o vaxt üçün nəzərdə tutulmamışdı:

“Məsələn, qanunda dövlət dili ilə bağlı hissədə bəzi dəyişikliklər oluna bilər. Canlı yayımda tərcümə məsələsi ilə bağlı müəyyən təkliflər veriləcək”.