Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla ABŞ-da keçirilən görüşdə Ukrayna böhranının həlli üçün Rusiya ilə danışıqlara başlamaq şərti kimi Vaşinqtona Avropa İttifaqının hərbi qüvvələrinin Ukraynada yerləşdirilməsini təklif etməyi planlaşdırır.
Bu barədə Amerikanın “Politico” qəzeti yazır.
“Bu 30 000-ə yaxın avropalı hərbçinin iştirakını əhatə edir, Böyük Britaniya və Fransa burada aparıcı rol oynayır”, – nəşrin adı açıqlanmayan Aİ rəsmisindən sitat gətirir.
Qeyd olunur ki, Makron Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya ilə danışıqlara başlamaq üçün sülhməramlılar məsələsinin şərt kimi qoyulmasını təklif edə bilər.