Media Moskvada Rusiya, ABŞ və Çinin mümkün sammiti ilə bağlı fərziyyələr irəli sürübbackend

ABŞ prezidenti Donald Trampın yeni çoxqütblü dünya üçün “böyük planı” var ki, bu plana Ukrayna üzrə razılaşma, Tayvanı sabitləşdirmək və müdafiə xərclərini azaltmaq daxildir.

Bununla bağlı “Asia Times” yazır ki, Moskvada Rusiya, ABŞ və Çinin iştirakı ilə üçtərəfli sammit keçirilə bilər.

Mətndən belə çıxır ki, hadisə baş verərsə, onun gündəliyinə Ukraynada atəşkəs haqqında razılaşma, Rusiyanın işğal olunmuş ərazilərə “daimi nəzarəti” saxlaması daxil ediləcək. Bundan əlavə, tərəflər Moskvaya qarşı sanksiyaları tez bir zamanda ləğv etmək barədə razılığa gələ bilərlər, müəlliflər hesab edirlər.

Sazişin digər məqamı ABŞ və Çin arasında Tayvanın statusunun sabitləşdirilməsinə dair hər iki tərəfi qane edəcək razılaşmadır.