ABŞ prezidenti Donald Trampın Qrenlandiya siyasəti Avropa İttifaqında (AB) qorxu yaradır və liderləri köhnə qaydaların artıq qüvvədə olmadığını anlamağa başlayırlar. Bu barədə Politico mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, “Bu Avropa İttifaqında bir növ qorxu yaradır”.
Mənbənin sözlərinə görə, Avropa liderləri siyasətin formalaşdırılmasına ənənəvi yanaşmaların artıq həmişə tətbiq olunmadığını anlamağa başlayıblar.
Digər Avropa rəsmiləri qeyd ediblər ki, Qrenlandiyadakı vəziyyət “yeni bir reallıq yaradır” və indi hətta ABŞ müttəfiqləri də Amerika liderinin “hiylələrindən” sığortalanmayıblar.















