TASS agentliyinin öz mənbəyinə istinadən verdiyi məlumata görə, ərazi məsələsi Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda ən mürəkkəb məsələ olaraq qalır.
Agentliyin mənbəyinə görə, Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması Rusiya tərəfi üçün vacibdir və bu məqsədlə “müxtəlif təhlükəsizlik parametrləri nəzərdən keçirilir”.















