“Politico” hərbi planlaşdırma qanun layihəsinə istinadən xəbər verir ki, Fransa yeni müdafiə quruculuğu proqramı çərçivəsində silah inventarını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır və hərbi iqtisadiyyat qurmağa hazırlaşır.
Sənəddə bildirilir ki, Fransa 2030-cu ilə qədər raket və pilotsuz təyyarə ehtiyatlarını 400%-ə qədər artıra bilər.
Qanun layihəsində deyilir: “Bu səylər artan sifariş və çatdırılmalarda, eləcə də prioritet istehsal güclərinin birgə maliyyələşdirilməsi yolu ilə sənaye infrastrukturunun uyğunlaşdırılmasında öz əksini tapır. Bunlar “hərbi iqtisadiyyata” hazırlıq məqsədi ilə həyata keçirilir.
“Politico” xəbər verir ki, Paris hazırda mövcud ehtiyatları doldurmaq və zenit raketlərini əvəz etmək üçün milyardlarla avro ayırır. 8 apreldə isə Fransa hökuməti yenilənmiş hərbi planlaşdırma qanununu təqdim etməyi planlaşdırır və qanuna əsasən, 2030-cu ilə qədər dronlar və raketlər üçün 8,5 milyard avro ayrılacaq.















