Media Pentaqonun qərarı Trampı təəccübləndirdibackend

Pentaqonun Ukraynaya hərbi yardımı müvəqqəti dayandırmaq qərarı ABŞ prezidenti Donald Tramp üçün sürpriz olub.

Bu barədə mənbələrə istinadən Associated Press agentliyi məlumat yayıb.

Jurnalistlərin fikrincə, Amerika prezidenti müdafiə departamenti ilə Ağ Ev arasında koordinasiyanın olmamasından məyus olub. Pentaqon daxilində də Ukraynaya hərbi yardım məsələsində fikir ayrılıqları var. Bəzi yüksək səviyyəli ABŞ müdafiə rəsmiləri tədarüklərdə fasiləyə qarşıdır.

Pentaqonun sözçüsü Kingsley Wilson, öz növbəsində, Associated Press-in müdafiə naziri Pit Heqsetin prezidentlə məsləhətləşməməsi ilə bağlı xəbərlərini təkzib edib.

“Müdafiə nazirinin işi Ali Baş Komandana hərbi tövsiyələr hazırlamaqdır. Nazir Heqset prezidentə hərbi yardımların çatdırılmasını qiymətləndirmək və mövcud ehtiyatları təhlil etmək üçün əsas təqdim edib. Bu iş hökumətlə koordinasiya əsasında həyata keçirilib”, – Vilson bildirib.