Rusiya prezidenti Vladimir Putinin Rusiya ilə ABŞ arasında münasibətlərdə prezident Donald Trampın qurduğu “qızıl körpünü” yandırmağa yaxın olduğu iddia edilir. Bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzet mənbədən sitat gətirir: “Putin Trampın onun üçün düzəltdiyi qızıl körpünü yandırmağa təhlükəli dərəcədə yaxındır”.
Məqalədə qeyd edildiyi kimi, Ukrayna böhranının həlli və Rusiya ilə münasibətlərin inkişafı ilə bağlı Trampın səbri “daşır”. Eyni zamanda, “Politico” mənbələrə istinadən yazır ki, Tramp hələ Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiqi ilə bağlı yekun qərar qəbul etməyib.