Cənubi Koreyanın Yonhap Xəbər Agentliyi ölkənin Milli Kəşfiyyat Xidmətinin məlumatlarına istinadən xəbər verir ki, Şimali Koreya xüsusi hərbi əməliyyat zonasında yenidənqurma işləri aparmaq üçün Rusiyaya minlərlə hərbçi göndərməyə başlayıb.
Əldə edilən məlumata görə, zədələnmiş infrastrukturun bərpası üçün Şimali Koreya ordusunun təxminən 5 min mühəndis əsgərinin Rusiyaya gəlməsi gözlənilir. Daha 1000 hərbçi minalardan təmizləmə üzrə ixtisaslaşacaq.
Ümumilikdə Seul Pxenyanın Rusiyaya 10 minə qədər hərbçi göndərəcəyini iddia edir.














