Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə münaqişənin həlli ilə bağlı danışıqlar aparmaq üçün yaxın günlərdə ABŞ-a səfər edəcək.
Nəşrin mənbələrinə görə, Zelenski “ABŞ rəhbərliyi ilə potensial görüş yeri olan Mar-a-Laqoda mühüm danışıqlar üçün Floridaya səfər edəcək”.
“Diplomatik mənbələr göstərir ki, Ukrayna rəhbərliyi yaxın günlərdə Floridaya səfərə hazırlaşır və bu, potensial olaraq Zelenskini prezident Donald Trampın Mar-a-Laqo iqamətgahına yaxınlaşdıra bilər”, – hesabatda deyilir.
Məqalədə qeyd olunur ki, “hər şey plan üzrə getsə”, səfər dekabrın 28-də baş tutacaq.














