Mediada yayılan xəbərlər Çexiyada hepatit A hallarının kəskin artmasından xəbər verirbackend

Çexiyada 2025-ci ildə hepatit A hallarında kəskin artım qeydə alınıb və 30-dan çox insan zərər çəkib. Bu barədə Almaniyanın “Tagesschau” qəzeti məlumat yayıb.

“Bu il Çexiyada 3000-ə yaxın hepatit A hadisəsi qeydə alınıb ki, bu da 2024-cü illə müqayisədə 20 dəfə çoxdur”, – nəşr qeyd edib.

O əlavə edib ki, əksəriyyəti yaşlı kişilər olmaqla 32 nəfər xəstəlikdən dünyasını dəyişib.

Məqalədə həmçinin qeyd olunurdu ki, epidemiya yazda evsizlər və narkomaniyadan əziyyət çəkən insanlar arasında başlayıb, lakin sonradan respublikanın bütün əhalisinə yayılıb.