Medianın İnkişafı Agentliyinin rəhbərliyi Araz Zeynalovun ailə üzvləri ilə görüşdü – FOTOLARbackend

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Araz Zeynalovun ailə üzvləri ilə görüşüb.

Agentlikdən verilən məlumata görə, görüş zamanı jurnalistin səhhəti ilə maraqlanıblar.

Xatırladaq ki, böyük jurnalistika təcrübəsinə malik, ömrünü peşəsinə sərf etmiş Araz Zeynalovun səhhətində ciddi problem yaranıb. Jurnalist kardioloji xəstəlikdən əziyyət çəkir.