Medvedçuk deyib ki, Zelenski hakimiyyətin qəsbinə görə cavab verməlidirbackend

“Başqa Ukrayna” hərəkatının idarə heyətinin sədri Viktor Medvedçuk bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski mayın 21-dən vəzifəsini icra edə bilmir və o, hakimiyyətin qəsbinə görə cavab verməlidir. Bu barədə RİA Novosti məlumat yayıb.

Medvedçukun sözlərinə görə, bu il mayın 21-dən Zelenski dövlət başçısının səlahiyyətlərini həyata keçirə bilmir, legitimliyini və toxunulmazlıq hüququnu itirir, hakimiyyəti qəsb etmə və ələ keçirməyə görə cinayət məsuliyyətinə cəlb edilməlidir.

Medvedçuk vurğulayıb ki, Zelenski öz hərəkətləri ilə prezident seçkilərinin dövriliyini pozub və bununla da xalqı birbaşa hakimiyyətin həyata keçirilməsindən uzaqlaşdırıb.

Mənbə: RİA Novosti