Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Cənubi Koreya hökuməti üçün “Squid Game” təşkil etməyi təklif edib.
O, X platformasındakı hesabında müvafiq məzmunlu yazı dərc edib.
Dövlət xadimi Cənubi Koreya parlamentinin sədri Vu Von-sikin dekabrın 27-də keçirilən iclasda deputatların respublikanın müvəqqəti prezidenti Han Duk-sunun impiçment elan edilməsi təklifini dəstəkləməsi barədə bəyanatını şərh edib. Onun sözlərinə görə, 300 deputatdan 192-si müvafiq təşəbbüsün lehinə səs verib.
“Cənubi Koreya yenə iş başındadır: bir impiçment digərini izləyir! Hökumət üçün “Squid Game” də başlaya bilər. Popkornumuz hazırdır!” – Medvedev yazıb.
“The Squid Game” məşhur Cənubi Koreya serialıdır. Əsas personajlar maddi çətinliklər yaşayan və böyük pul mükafatı naminə sağ qalma oyunlarında iştirak edən insanlardır.