Medvedev Kim Çen Ina başsağlığı veribbackend

“Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev KXDR rəhbəri Kim Çen Ina ölkədə baş verən daşqınla bağlı başsağlığı məktubu göndərib. Bu barədə KCNA xəbər agentliyi məlumat yayıb.

Məktubda Medvedev qeyd edib ki, “KXDR-in şimal-qərb hissəsində təbii fəlakətlər xəbərini təəssüflə qəbul edib”. Bundan əlavə, o, səmimi başsağlığı verib və bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

İyulun 31-də Şimali Koreya daşqın səbəbindən fövqəladə vəziyyət elan edib. Güclü yağışlar nəticəsində dörd mindən çox evi su basıb. Şimali Koreya lideri Kim Çen In deyib ki, ölkəsi təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Rusiyadan kömək istəyə bilər.

Mənbə: TASS