“Vahid Rusiya” Partiyasının sədri, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev KXDR-ə səfəri zamanı Kim İr Sen və Kim Çen İrin Pxenyandakı heykəlləri önünə gül dəstələri qoyub, RİA Novosti xəbər verir.
Kim İr Sen və Kim Çen İrin heykəlləri Pxenyanın mərkəzi rayonunda yerləşir. Medvedev və Rusiya nümayəndə heyətinin üzvləri Şimali Koreyanın əvvəlki liderlərinin xatirəsini ehtiramla yad ediblər.
Medvedev Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin dəvəti ilə Pxenyana gələn Vahid Rusiya nümayəndə heyətinə rəhbərlik edir. Rusiya nümayəndə heyəti oktyabrın 10-da partiyanın 80 illik yubileyi münasibətilə keçiriləcək rəsmi bayram tədbirlərində iştirak edəcək.