Məhkəmə illərlə övladlarını döyən və ac saxlayan ananı həbs edibbackend

Tver vilayətindən olan iki uşaq anası onlara işgəncə verməkdə ittiham edilərək həbs edilib. Bu barədə fevralın 16-da Ostaşkovo Rayonlararası Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 7,5 il ərzində 2011-ci il təvəllüdlü qızını əlləri, taxta asılqan və digər əşyalarla döyüb. Qadının 2014-cü il təvəllüdlü kiçik oğlu da onun qəddarlığından əziyyət çəkib.

Valideyn uşağı döyərək ac qoyub. Bu səbəbdən uşaq ötən ilin aprelində xəstəxanaya yerləşdirilib. Bundan əlavə, qadın öz övladlarını kobud şəkildə təhqir edərək, onlardan tam tabe və itaət etməyi tələb edərək, onlara fiziki və mənəvi əzab verib.

Mənbə: TASS